HƏKİMLƏ ƏLAQƏ:
Yunusov Ruslan Qədir oğlu 20 oktyabr 1985-ci ildə Mingəçevir şəhərində anadan olub. 2003-cü ildə Mingəçevir şəhəri 6 saylı orta məktəbi bitirdikdən sonra, həmin ili Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2009-cu ildə həmin fakültənin cərrahiyyə bölümünü fərqlənmə ilə bitirib. 2009-2010-cu illərdə Respublika Neyrocərrahiyyə xəstəxanasında internatura keçmişdir. 2011-ci ildə Ankara (Türkiyə) şəhərində Hacettepe Üniversiteti xəstəxanası, Beyin və sinir cərrahiyyəsi kafedrasında uzmanlıq təhsilinə başlamışdır. 2016-cı ildə ˝Təcrübi sıçan hı̇drosefalı̇ya modelı̇ndə quanozı̇nı̇n reaktı̇v glı̇yoz, neyroinflamasiya və miyelı̇n itkisi üzerı̇nə təsirinin araşdırılması˝ adlı elmi işini müdafiyə edərək uzman olmuşdur.
Uzmanlıq təhsili müddətində çox saylı konfrans və seminarlarda iştirak etmiş, Pediatrik neyrocərrahiyyə (2013-2015) və endoskopik neyrocərrahiyyə (2015-2016) kurslarını tamamlamışdır. Bu müddət ərzində uşaqlarda və böyüklərdə beyin şişlərinin açıq və endoskopik üsulla müalicəsi, bel və boyun yırtığı, hidrosefaliyanın müasir müalicəsi üzrə ixtisaslaşmışdır.
2016-ci ildən Azərbaycana qayıdan cərrah, Avrasiya hospital, Mərkəzi Gömrük Hospitalı, Caspian İnternational Hospital , Medera hospitalda çalışmış, hal hazırda isə Ege Hospitalda çalışmaqdadır. 2017-ci ildan EANS (Avropa Neyrocərrahiyyə Cəmiyyəti), 2018-ci ildən İSPN (Beynəlxalq Uşaq Neyrocərrahiyyə Cəmiyyətinin) və 2020-ci ildən İFNE (Beynəlxalq Endoskopik Neyrocərrahiyyə Federasiyasının) üzvüdür. Ruslan Yunusov evlidir, 2 övladı var.
TƏHSİL
- 2003-2009 – Azerbaycan Tibb Universiteti
- 2009-2010 – Respublika Neyrocərrahiyyə xəstəxanası
- 2011-2016 – Ankara Hacettepe Universiteti xəstəxanası
İŞ TƏCRÜBƏSİ
- Avrasiya Hospital (08.2016 – 01.2017)
- Mərkəzi Gömrük Hospitalı (06.2017 – 11.2017)
- Caspian İnternational Hospital (02.2017 – 06.2018)
- Medera Hospital (07.2018 – 09.2019)
- Ege Hospital (10.2019 -)
ÜZVLÜKLƏR
- 09.2017 – EANS (Avropa Neyrocərrahiyyə Cəmiyyəti)
- 03.2018 – İSPN (Beynəlxalq Uşaq Neyrocərrahiyyə Cəmiyyəti)
- 01.2020 – İFNE (Beynəlxalq Endoskopik Neyrocərrahiyyə Federasiyası)
KONFRANS VƏ SEMİNARLAR
- 2011, İstanbul – Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti, Nevro-onkoloji sempoziumu.
- 2013, Bolu – Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti, Pediatrik Neyrocərrahiyyə Tədris Proqramı, 1-ci kurs.
- 2014, Qaziantep – Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti, Pediatrik Neyrocərrahiyyə Tədris Proqramı, 2-ci kurs.
- 2014, Ankara – Hacettepe 3-cü Endoskopik Kəllə Əsası Cərrahiyyəsi kursu.
- 2015, İstanbul – Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti, Pediatrik Neyrocərrahiyyə Tədris Proqramı, 3-ci kurs.
- 2015, Antalya – Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti 29-cu Elmi Konqresi.
- 2015, Ankara – Endoskopik Neyrocərrahiyyə Praktikası kursu.
- 2018, Bakı – ATA-Neyrocərrahiyyə cəmiyyəti, 1-ci simpoziumu.
- 2019, Antalya – Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti 33-cü Elmi Konqresi.