ƏN ÇOX VERİLƏN SUALLAR

Uşaq doğulmadan öncə, onda hidrosefaliya olub-olmadığını bilmək olarmı?

Bəli. Hamiləlik zamanı edilən USM-də körpənin beyni və beyin daxili boşluqların vəziyyəti haqqında məlumat almaq mümkündür.

Çətin keçən doğuşdan sonra uşaqda hidrosefaliya əmələ gələ bilərmi?

Bəli. Doğuş zamanı körpənin beyin travması alması və ya beyin daxili qanama keçirməsi nəticəsində hidrosefaliya əmələ gələ bilər.

Oğlum 10 aylıqdır, əmgəyi hələ bağlanmayıb və genişdir. Uşaqda başqa problem yoxdur və baş çevrəsi isə öz ayına uyğundur. Oğlumda hidrosefaliya ola bilərmi?

Xeyr. Uşaqların müayinəsi zamanı baş çevrəsi daha önəmlidir. Əgər baş çevrəsi normaldırsa və başqa problem yoxdursa narahat olmağa dəyməz. Əmgəyin 18 ayına qədər açıq olması normal hal hesab edilir.

Hansı hallarda hidrosefaliyanı endoskopik əməliyyat etmək mümkündür?

Hidrosefaliyanın Endoskopik yolla əməliyyatı tıxayıcı hidrosefaliyası olan və adətən 6 aydan böyük olan xəstələrdə edilir.

Şuntlama olunan uşaqlarda daha sonra endoskopik əməliyyat etmək olarmı?

Bəli. Tıxayıcı hidrosefaliyası olan və bu səbəblə daha öncə şunt taxılan xəstələrə sonradan endoskopla əməliyyat edərək şuntdan azad etmək mümkündür.

Hidrosefaliyanın dərmanla tam müalicəsi varmı?

Hidrosefaliyanın tam müalicəsi əməliyyatladır. Dərman müalicəsi adətən qısa müddətdə və əməliyyata qədər olan dönəmdə verilir. Nadir hallarda, bəzi xəstələrdə dərman müalicəsindən sonra “arrest hidrosefaliya” əmələ gəlir ki, bu zaman cərrahi əməliyyata ehtiyac qalmır.

SUALLARINIZI HƏKİMƏ ÜNVANLAYIN

Sizi maraqlandıran məsələlərlə bağlı və ya həkimə şəxsi olaraq bildirmək istədiyiniz mövzu və suallınızı göstərilmiş formdan istifadə edərək Neyrocərrah Uzm. Dr. Ruslan Yunusova göndərə bilərsiniz. Mesajlarınız həkim tərəfindən ən qısa müddətdə cavablandırılacaqdır.