Möcüzə yaşam savaşı…
Qızım Məryəm, 15.09.2016-cı ildə anadan olub. Həyatının ilk günlərində hər şeyin tam qaydasında və sağlam olduğunu sanırdıq. Lakin,bir neçə gün sonra Məryəmin baş çevrəsinin sürətlə böyüdüyünü, qusmaların artdığını və halsızlıqlarını gördük.Bu hallar hər gün artırdı və biz səbəb tapa bilmirdik. Həkimə müraciət etdik və həkim bizdən uşağın Beyin Tomoqrafiyasının çəkilməsini istədi. Tomoqrafiya zamanı Məryəmin başına maye toplandığını dedilər. Bu isə Hidrosefaliya xəstəliyi idi.1-2 ay dərmn müalicəsi almasına baxmayarağ Məryəmin vəziyyəti daha da ağırlaşırdı. Nəhayət müalicələrin xeyri olmadığını anladıq və biz Neyrocərraha mürciət etdik. Həkimimiz Dr.Ruslan Yunusov Məryəmin təcili olaraq əməliyyat olmasını bizə məsləhət gördü. Çox narahat idik, çox tərəddüt edirdik. Nəhayət Məryəmi əməliyyata aldılar və başına şunt adlı yad cisim taxıldı. Bir-iki gün sonrasında Məryəmdə yaxşılığa doğru irəliləyişlər gedirdi. Lakin cox keçmədən Məryəmdə yenidən baş böyüməsi,halsızlık müşahidə edirdik. Həkimimizin məsləhəti ilə 2-ci Tomoqrafiya çəkildi və bir şuntun Məryəm ücün yetərsiz olduğunu söylədi. Çünki Məryəmdə coxlu sayda kistalar var idi. Məryəmi 2-ci əməliyyata aldılar və 2-ci şunt taxıldı. Bundan sonra Məryəmin həyatı sanki çiçək açırdı və günbəgün yaxşılığa doğru irəliləyirdi. Hidrosefaliyanın tək müalicəsi əməliyyat olduğunu anladıq. Vaxtında qərar verib əməliyyat etdirdiyimiz ücün cox şanslı idik. Geç qərar verilsəydi əməliyyata bəlkədə Məryəmin yaşama şansı qalmazdı. Bu gün artıq Məryəmin 3 yaşı var.Öz yaşıdları kimi olmasa da biraz inkişafı zəif getdi. Çox əziyyətlər çəkməsinə, dəfələrlə əməliyyat olunmasına baxmayaraq hər çətinliyə sinə gərməsi bizi daha da qürurlandırdı. Bu gün başında 2 yad cisim olmasına baxmayaraq həyatına normal davam edir. Bizim hidrosefaliya xəstəsi olan ailələrə məsləhətimiz əməliyyatdan qorxmamaları və gec olmadan əməliyyata razılıq vermələridir. Çünki, nə qədər tez əməliyyat olarsa bir o qədər də hidrosefaliya xəstəsinin yaşama və sağalma şansı çoxdur.
M.V., 3 yaş