Şunta, əlvida demək…
Mən, 2004-cü ildə Tovuz rayonunda anadan olmuşam. 2013-cü ildə yerişimdə, hərəkətlərimdə şübhələr hiss etdiyinə görə, atam məni N.Tusi adına klinikada başımı Beyin MRT etdirib. MRT-nin cavablarında başımda maye yığıldığı, hidrosefaliya olduğunu bildiriblər. Əhmədlidə, Neyrocərrahiyyə xəstaxanasında 2013-cü ildə başıma şunt qoydular. Bir aydan sonra oktyabrda şunt tutuldu, ikinci dəfə əməliyyat etdilər. Yenə bir aydan sonra şunt tutuldu. Noyabr ayında yenidən 3-cü dəfə əməliyyat etdilər, həmin vaxtdan başımda ağrılar , yorğunluq və halsızlıqlarım olurdu. 2019 cu ildə yenidən şunt tutuldu. Neyrocərrahiyədə yenə həmin proseslərin olacağını həkimlər bildirəndə atam razılaşmadı və hidrosefaliyanın şuntsuz müalicə üsulunu araşdırmağa başladı. Atam Endoskopik yolla hidrosefaliyanın müalicəsinin mümkün olduğunu öyrəndi və məni neyrocərrah Ruslan Yunusovun işlədiyi xəstəxanaya apardı. Beləliklə, həkimim məni əməliyyata aldı və mənim başımdakı şuntu çıxarıb, endoskopik yolla təbii su yolunu bərpa etdi. Mən yenidən həyata qayıtdığımı anladım. Bütün ağrılarım keçdi. Altı illik şuntdan azad oldum. Allah bizim xalqın Ruslan Yunusov kimi səmimi, savadlı və gözəl insanlarımızı qorusun.
Q.Ş., 15 yaş